Nağara çalan tamada getdi, hüquqşunas gəldi, amma...
Rayonun Kür qəsəbəsi xəstəxanasında Covid-.19 olan xəstələr necə öldürürlər?
“Mənə məlum olmayan nöqsanları üzə
çıxaran hər bir jurnalistə minnətdar olacağam”
Heydər Əliyev
Şəmkirin və rayonun sakinlərinin “qara” günlərini 8 oktyabr 2014-cü ildən başlamasını KİV-də çıxışlarımda işıqlandırmışdım. Ona görə ki, Zeynal Nağdalıyev həmin gün Alimpaşa Məmmədovu Şəmkirə İcra Hakimiyyətin başçısı kimi təqdim etmişdir. O, əmək fəaliyyətinə nağara çalmaqdan və toylarda tamadalıq etməkdən başlamışdır.
Şəmkirin sabiq İcra başçısı A.Məmmədovun cinayət ortaqlarının dairəsi getdikcə genişlənir. O, başçı olduğu dövrdə başçı təyinatına qədər Şəmkirin abadlaşdırılması işlərinə rəhbərlik etdiyi müddətdə rayonun təmir-tikintisi üçün ayrılan vəsaitlərdən 15 milyon manat ələ keçirmişdir.
Şəmkir ictimaiyyəti arasında söz-söhbət gəzir ki, onun küllü miqdarda pul vəsaitini vəzifəyə təyin etdirdiyi bir nəfər məmur (ad məlumdur) öz evində gizlin saxlayır. O, məmur əvvəl İH-də şöbə müdiri olmuş və sonra A.Məmmədov onu strateji əhəmiyyətli idarəyə müdir təyin etdirmişdir. A.Məmmədov həbs olunsa da onun kadrları ondan miras qalmış qeyri-qanuni əməlləri davam etdirirlər. Bu hal rayonun hər bir sahəsində hiss olunur və görünür.
Tikinti sahəsi : Son dövrlər Azərbaycan Respublikasında tikinti sahəsində fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini, bu istiqamətdə dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin hüquq və vəzifələrini tənzimləyən qanunvericilik aktları təsdiqlənmişdir. 2012-ci il 6 sentyabr tarixdə qəbul edilmiş “Şəhərsalma və Tikinti Məcəlləsi”, Dövlət Başçısının “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi” və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”-nın təsdiq edilməsi haqqında 30.08.2007-ci il və 17.11.2014-cü il tarixli fərmanları müvafiq məsələ üzrə fəaliyyətin təşkilində və nəzarətin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Şəmkirin sabiq başçısı bu qanunlara məhəl qoymamışdı. Alimpaşa Məmmədovun tamahının, iştahının (nəfsinin) həddi, hüdudu yox idi. Ona görə də o, ölkə Prezidenti İlham Əliyevin sərəncamının əksinə hərəkət edir və FHN-in və DİN-in birgə imzaladığı əmrin tələblərini yerinə yetirməyərək rayonda piyadaların istifadəsi üçün nəzərdə tutulmuş yolları, səkilləri də satdırmışdır. Alimpaşa Məmmədovun saxta sərəncamlarla Şəmkir şəhəri Zaur Sarıyev küçəsindən keçən su kanalı və avtomobil yolunun mühafizə zonasını da satdığı ərazilərdə və yerlərdə tikinti işləri davam olunur.
Su kanalı və avtomobil yolu mühafizə zonasında tikilən qanunsuz obyektlər.
Şəmkir sakinləri yeni İcra başçısı Rəşad Tağıyevdən çox yeniliklər gözləyir. Ancaq hələ önəmli bir dəyişiklik (yenilik) yoxdur. Alimpaşanın kadrları özlərini daha sərbəst hiss edir və öz fəaliyyətlərindədirlər. Rəşad müəllim isə rayonun küçəlrini, divarlarını kosmetik təmir etdirir.
Şəmkir səhiyyəsində də vəziyyət ürək açan deyil (acınacaqlıdır) şok yaradan faktlar var.
⦁ İcbari tibbi sığorta tətbiq olunduğuna baxmayaraq indiyə kimi heç bir həkimə bonus və maaşlarına əlavələr olmayıb və bu işin təşkili yox dərəcəsindədir. Hətta yoxlama üçün gələn TƏBİB nümayəndələri keçirdiyi iclasda bunları ciddi şəkildə irad tutublar.
⦁ COVİD-e görə ayrılan əlavə pullar digər rayon və şəhərlərdə vaxtında verilməsinə baxmayaraq Şəmkirdə vaxtında verilmir və aylarla uzanır veriləndə isə tibb heyətinin narazılığına səbəb olur. Çunkı eyni iş saatını bölüşən və eyni işi görub eyni maaşı olan həkim və tibb işçilərinə yazılan əlavələr fərqli olur.
⦁ Müalicə işinin təşkili pis vəziyyətdədir. Xəstələrin yanına yemək bir neçə azn müqabilində çöldən içəri götürülür. İcbari tibbi sığorta sistemində olmasına baxmayaraq xəstələrdən yenədə əvvəlki kimi pul alınır və açıq şəkildə qiymət deyilir. İstər müalicə işi istər müayinə işi istərsə də analiz işi olsun fərq etmir.
⦁ Şəkər xəstələri və digər xəstələr aylıq dərmanlarını vaxtında ala bilmirlər. Dərmanın mərkəzdən hələ gəlmədiyini deyirlər.
⦁ Acil və qəbul şöbələrində gecə növbəsində nə kardioloq, nə travmotoloq nə də digər həkimlər yerində olmur. Əgər ağır vəziyyətdə xəstəxanaya avtoqəza və ya digər xəstələr gəlsə lazımı həkimləri evlərdən çağırıb gətirmək lazımdır. Bütün bunlardan isə həm şöbə həm də xəstəxana rəhbərliyi məlumatlıdır.
⦁ Keçmiş rüşvətxor məmur Alimpaşa Məmmədovun Şəmkir səhiyyəsində yaratdığı “Gənc Həkimlər Birliyi” adı altında bir neçə həkim birləşərək qruplaşma yaratdılar və bu qrup sırf Alimpaşanın təyinatı ilə məşğul oldu və Şəmkir səhiyyəsinə yox birbaşa ona xidmət edirdilər. Xidmət göstərməyən isə qrupdan uzaqlasdırıldı. Alimpaşa Məmmədov isə bunun əvəzində uyğun oldu və olmadı səhiyyə idarələrinə rəhbərləri yalnız bu qrupdan təyin edirdi.
⦁ Hər il dövlətin hesabına xəstəxana həmkarlar ittifaqının təşkil etdiyi səyahətlərə, tədbirlərə bu qrupun üzvləri dəvət olunur və bu sahədə də dövlətin vəsaitini şəxsi məqsədləri üçün istifadə edirlər. Halbuki illərlə Şəmkir səhiyyəsində əziyyəti keçmis nə həkim nə də heç bir tibb işçisi bu səyahətlərə və tədbirlərə dəvət almır. Həmişə eyni adamları eyni yerdə görmək olar.
⦁ Ambulans maşınları şəxsi sifarişlərlə göndərirlər və Bakı şəhərinə o cümlədən digər yerlərə xəstə daşınmasını sanki rəhbərlik özünün monopolyasına keçirib. Lazım gəldikdə iş növbəsində olan ambulans maşınları digər xəstələrin daşınmasına göndərməkdən də çəkinmirlər.
⦁ Sutkanın gecə vaxtı Mərkəzi Xəstəxananın acil şöbəsində pediatr və terapevdən başqa heç bir həkim tapılmır. Halbuki həm xəstəxana üçün həm də xəstələr üçün acil şöbə daha vacib və daha çox təcilidir. Xəstə gəldikdə isə digər ixtisas həkimləri evindən çağırmaq lazım gəlir və bu da sonda xəstələrə göstəriləcək tibbi yardımı heçə endirir və xəstələr daha da ağırlaşır. Bundan əlavə digər şöbə həkimləri kimi acil şöbədə dərmanlar yoxdur və həkimlər xəstələrə resept yazaraq özlərinin dərmanı almaqlarını məsləhət görürlər. Bu da xəstələrin haqli narazılığına səbəb olur.
⦁ Xəstəxananın bütün şöbələrində məsələn doğum şöbəsində terapiya şöbəsində poliklinika şöbəsində və digər şöbələrdə bütün növ tibbi xidmətlər pulludur. Məsələn adi bir rentgen şəkilin çəkilməsi 15-20 azn, normal doğuşun keçirilməsi üçün 500 azn, usm müayinə üçün 15-20 azn, analiz və digər laborotor xidmətlər 10-50 azn arası dəyişir. Bu siyahını kifayət qədər uzatmaq olar. Şübhəsi olan hər bir kəs bütün bu xidmətlərin pullu olmasını gözləri ilə görə bilər.
Araşdırmamız nəticəsində Kür qəsəbəsində yerləşən xəstəxanada şok yaradan fakt aşkar olunub. Covid-19 olan xəstələrə düzgün dərman verilmir. Bahalı olan sistem Remdesivir 200 ml natrii xlorda həll edilib bir Covid-19 xəstəsi üçün nəzərdə tutulduğu halda Kür xəstəxanasında əczaçı Cavad Hüseynov xəstəxananın rəhbərliyi ilə əlaqəyə girib bir flakon remdesivir sistemi 400 ml natrii xlorda həll edib və onu iki yerə bölüb bir əvəzində iki Covid-19 xəstəsinə köçürülür.
Xəstəyə də lazım olan doza çatmayanda ölümlə nəticələnir. Cavad Hüseynovun insan talehi ilə oynayıb öz məkirli planını yerinə yetirməsinə xəstəxananın müdiri Samirə xanım krişalıq (himayədarlıq) edir. Daha doğrusu onlar əlbirdir. Məkirli məqsədlərini (planlarını) həll etmək üçün.
Mövzunu davam etdirəcəyik.
Bəhlul ORUCOĞLU,
I Qarabağ Müharibəsi Veteranı, Ehtiyatda olan Ədliyyə mayoru, yazıçı-publisist