Məktəbdə tualetin olmadığını ictimailəşdirən MÜƏLLİM: "Məni cinayətkar elan edəcəklər"

 11-01-2023

Sosial şəbəkələrdə işlədiyi İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbində olan tualet problemini ictimailəşdirən müəllim Leyla Nəcəfquliyevanın yeni videomüraciəti yayılıb.

Müəllim dəstəkçilərinə müraciət edərək onunla bağlı paylaşımlara ara verilməsini xahiş edib.

“Çox xahiş edirəm, aksiyanı dayandırın. Dayandırmasanız, birazdan məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər. Hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Mən özümdən qorxmuram, artıq özümü saxlaya bilmirəm. Mən indi məktəbə necə gedəcəm? Bilmirəm. Yazın ki, Leyla müəllimə işdən azad edilsin”, - L.Nəcəfquliyeva bildirib.

Müəllimənin gözyaşları içərisində paylaşdığı görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılıb və əsas müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəbdə tualet olmadığını deyərək şagirdləri tualet tikilənə qədər dərsə gəlməməyə çağırmışdı. 

Bunun ardınca L.Nəcəfquliyevaya töhmət verilmişdi. 

Həmin müraciəti təqdim edirik:

Bənzər yazılar

0.32730913162231