Mateus Fernandez “Barselona”ya qarşı məhkəmədə qalib gəlib və müqaviləsinin pozulduğuna görə 8,5 milyon avro təzminat alacaq.
2021-ci ilin iyununda Kataloniya klubu yarımmüdafiəçiyə artıq onun xidmətlərinə ehtiyac duymadıqlarını bildirib və 2025-ci ilin yayına qədər qüvvədə olan müqaviləni ləğv edib.
Mateus baş verənləri belə anladıb: “E-poçt bildirişi alanda inanmadım. Bu, qeyri-peşəkarlıqdır”, - deyə futbolçu bildirib.
Braziliyalı “Barselona”dan 14,8 milyon avro tələb etsə də, müqaviləni qanunsuz olaraq pozduğuna görə Kataloniya klubu 8,5 milyon avro cərimələnib.
Qeyd edək ki, Mateus 2020-ci ilin qışında “Palmeyras”dan 7+3 milyon avroya alınıb.
O, “Barsa”nın heyətində Kiyev “Dinamo”su ilə matçda (4:0) cəmi 17 dəqiqə meydanda olub.
Mənbə: sports.ru