Sahil Babayevin nazirliyini təkcə yanvar ayında 500 dəfə MƏHKƏMƏYƏ VERİBLƏR

 11-01-2023

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və ona tabeli qurumların yanvar ayında 500-ə yaxın məhkəmə prosesi var. Vətəndaşlar əlillik üçün son ümidi məhkəmədə görürlər.

Tribunainfo.az xəbər verir ki, ƏSSMN- nin tabeliçiliyində olan 42 publik huququ şəxslərin vətəndaşlar tərəfindən yanvar ayı üçün 500-ə yaxın məhkəmə prosesi var. 99 faiz cavabdeh qurum kimi ƏƏSMN – nin tabeliyində olan huquqi şəxslərdi. Vətəndaşlar ümid edir ki, Sahil Babayevin yaratdığı bu sistemə məhkəmədə qalib gələ biləcəklər.

ƏSSMN-nin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq Üzrə Mərkəzi Filialının 2, Dövlət Sosial Müdafiə Fondunun 192, Fondun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialının isə 287 məhkəmə prosesi var.

Bundan başqa, DSMF-nın Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi 1, 2 sayli Lənkəran – Astara regional filialının 2, 3 saylı Şəki-Zaqatala regional filialının 1, Abşeron-Xızı regional filialının 6, 1 saylı Şəki-Zaqatala regional filialının 1, 9 sayli regional ərazi filialının (ləğv prosesindədir)1, Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinin 1, Gədəbəy rayon filialının 1, Mingəçevir şəhər filialının 1, Şərqi Zəngəzur regional filialının da 1 məhkəmə prossi var.

Bu məhkəmə proseslərinin əksəriyyəti vətəndaşın haqlı olaraq ala bilmədiyi əliliklə bağlıdır. Bütün instansiyalardan yox cavabını alan vətəndaş sonunda məhkəməyə üz tutmalı olur.

Maraqlıdır, Sahil Babayev düşünürmü ki, ay ərzində 500 vətəndaş niyə əliliklə bağlı məhkəməyə müraciət edir? Axı sağlam adam, niyə məhkəməyə müraciət etsin? Yəqin ki, bu hesabatları Sahil Babayevə verən yoxdur.

Bənzər yazılar

0.13916206359863