İngiltərə Liqa Kubokunda (EFL Cup) 1/4 final mərhələsinə start verilib.
Milletinsesi.info xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Mançester Yunayted” öz meydanında “Çarlton”a şans verməyib – 3:0.
Antoninin bir, Reşfordun isə iki qolu “qırmızı şeytanlar”ı növbəti mərhələyə çıxarıb.
Digər matçda isə “Nyukasl” “Lester”dən üstün olub – 2:0.
Börn və Joelinton qələbəni gətirən qolların müəllifləri olublar.
Qeyd edək ki, mərhələnin digər iki matçında “Nottingem Forest” “Vulverhempton”la, “Sauthempton” isə “Mançester Siti” ilə qarşılaşacaq.