Oğul atasını niyə baltaladı? – Azərbaycandakı dəhşətli qətlin ŞOK SƏBƏBİ

 27-04-2022

Qubada atasını baltalayaraq öldürməkdə təqsirləndirilən Rəvan Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəvan Ramazanovun  hansı səbəbdən atasını qətlə yetirməsi ictimaiyyətə hələ də maraqlı qalıb.

Lent.az həmin cinayət işinin materiallarını əldə edib.

İttihama görə, 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəvan Ramazanov ittihama münasibət bildirərək özünü tam təqsirli bilib. O qeyd edib ki, 
Atası ilə münasibəti yaxşı olmayıb:

“Atam Sadıq mütəmadi spirtli içki qəbul edirdi, tüfeyli həyat tərzi keçirirdi. Boş-boş şeylərə görə ailədə problem yaradırdı. Hadisə günün səhər 8 radələrində yuxudan oyanaraq işləmək üçün Birinci Nügədi kəndində yerləşən İmran adlı sahibkarın bağ sahəsinə getdim.  Atam, anam və bacım Məsumə həmin vaxt evdəydilər. Həmin gün axşam saat 19 radələrində yaşadığım evə qayıtmışam. İşdən evə qayıdanda atla qayıdırdım. Yolda olarkən at məni üstündən atdı və yola yıxıldım. Ona görə ata çox əsəbiydim. Evə gəlib atı qapıda bağlayan zaman əsəbimdən çubuqla bir neçə dəfə ona zərbə endirdim”.

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxt atası Sadıq həmin onun yanına yaxınlaşıb:

“ Atam mənə “atı elə döymürlər, mən sənin üçün bunu öldürüm bu dəqiqə” dedi. Daha sonra ata çubuqla çoxlu zərbə endirməyə başladı. Mən isə atama atı vurmamasını, heyvanın əziyyət çəkməsini dedim. Lakin atam isə sözlərimə məhəl qoymadı və heyvana zərbə endirməyə davam etdi. Əsəbiləşməyim deyə oradan aralanaraq evin içinə girdim. Bu zaman atam evə gələrək özümü camaata göstərməyimə irad tutdu və  var-yox söyüşü söydü. Bundan qabaqda o dava-dalaş vaxtı var yox söyüşü söymüşdü. Mən də dəfələrlə atama döysə də, başqa söyüş söysə də, var-yox söyüşü söyməməsini demişdim. Lakin, atam hər dəfə var-yox söyüşü söyərək məni əsəbiləşdirdi”.

Rəvan Ramazanov qeyd edib ki, hadisə vaxtı atasını anasını şillə ilə vurub, evin elektrik naqillərini qopararaq bu naqillərlə onu öldürəcəyini deyib:

“Həmin vaxt da atamın  “var-yox” söyüşü söyməsi, anamı vuraraq bu kimi hərəkətlər etməsindən əsəbiləşdim. Bu səbəbdən evi tərk edib həyətə çıxdım. Sakitləşmək istəyirdim. Lakin atam dalımca çıxaraq yenidən məni təhqir etməyə başladı. Üzərimə gələrək əlləri ilə yaxamdan tutdu.  Mübahisə aramızda böyüməyə başladı, onun əlindən çıxmağı bacardım. Atam həmin vaxt əlindəki baltanı üstümə tərəf atdı. Balta üz nahiyəm tərəfə gəlirdi, çəkilməsəydim başımdan dəyəcəkdi. Artıq atamın elədiklərindən təngə gəlmişdim. Onu öldürmək qərarına gəldim. Baltanı yerdən götürərək onun sinə nahiyəsindən zərbə vurdum. Zərbədən sonra atam yerə yıxıldı. Lakin hirsim soyumadığı üçün balta ilə 2 dəfə də ona zərbə endirdim”.

Təsirləndirən şəxs hadisəyə kimi atasını öldürmək kimi bir fikri olmadığını deyib:

“Sadəcə atamın həmin vaxt söyüş söyməsi, dalımca gələrək təhqir etməsi və məni öldürməklə hədələməsi və s. özümdən çıxartdı. Çünki onu birinci dəfə vurduqdan sonra belə hirsim keçmədi. Dalbadal baş nahiyəsinə balta ilə iki zərbə vurdum. Hadisə zamanı ətrafda nə ailə üzvlərim, nə də kənar şəxslər olmayıb. Sonradan anam Nəzakət və bacım Məsumə çölə çıxaraq əlimdən baltanı gördülər. Atam Sadıq isə həmin vaxt uzanıqlı formada yerdə idi və üzəri qan olmuşdu.  Baltanı həyətə atdım. Gedib yuyunaraq, əynimi dəyişdim. Sonra könüllü olaraq Quba rayon Polis Şöbəsinə yaxınlaşaraq törətdiyim cinayəti etiraf etdim və təslim oldum. Özümü günahkar bilirəm və peşmançılıq hissi keçirirəm”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Ramazanov 10 il müddətə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.19966197013855