Gəncədə küçə çirkab suların əhatəsində qalıb - VİDEO

 27-04-2022

Gəncənin Azərbaycan küçəsi 97 A ünvanında yaşayan sakinlər əraziyə yığılan çirkab suların əhatəsində qalıb. Yaşayış massivinin yaxınlığında tikilən bina və həyət evlərindən axıdılan kanalizasiya suları qazılan xəndəyə tökülür və üstü açıq qalır. 

Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı sakinlərin adlarını çəkdiyi “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional şöbəsinin rəsmilərini məlumatlandırıb. Üstəlik, onlarla birgə sözügedən ərazidə olub. Bəlli olub ki, Ekologiya İdarəsi yaşanan vəziyyətlə bağlı aidiyyəti qurumu məlumatlandırıb. 

Ərazidə çəkiliş aparılan zaman qeyd edilib ki, təxminən 2 il əvvəl həmin küçədə bənzər problem olmayıb. Sakinlərin iddiasına görə, yaşayış massivində torpaq sahəsi olan Xudaverdi adlı şəxs yaxınlıqdan keçən kanalizasiya xəttini öz sahəsindən çıxarıb. Lakin işlər sonradan yarımçıq saxlanılıb. Xudaverdi Xudiyev bildirib ki, ərazidən axıdılan çirkab sular onun şəxsi mülkiyyətində olan torpaq sahəsinin içərisinə keçib və o, bu addımı atmağa məcbur olub. Bununla yanaşı, vətəndaşlar da çirkab suların yaşayış massivindən qismən kənarlaşdırılmasına razılıq verib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

0.41187000274658