Muxtar Babayevin DİQQƏTİNƏ: Cənub meşələrində KÜTLƏVİ TALANÇILIQ BAŞLADILIB

 09-01-2023

Yanvarın 7-də Masallı rayon Polis Şöbəsinin əməkdaşları 20 kub metr işlik agac materialı yüklənmiş yük avtomobilini saxlayıb.

AzToday.az xəbər verir ki, cənub rayonlarının meşələrinin amansız şəkildə məhv edilməsinin bariz sübutu olan bu faktı ört-basdır etmək üçün yerli ekologiya qurumları müxtəlif bəhanələr fikirləşib. Amma saxlanılan işlik materialın cənub meşələrindəki kütləvi qırıntılar hesabına olduğuna şübhə yoxdur.

Məlumata görə, işlik materialla yanaşı 280 kisə kömur də tutulub.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı redaksiyamıza həyəcanlı məlumatlar daxil olub. Yardımlı, Masallı və Cəlilabad meşələrində kütləvi qırıntıların olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, heç vaxt bu şəkildə vəhşicəsinə meşələrin məhv edilməsinin şahidi olmayıblar.

Məlumatlarda bildirilir ki, Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında “Qırmızı kitab”a düşmüş agcaqayın, qizilagac və sair, agaclar qırılaraq işlik material kimi Xocavardakı sexlərə satılır. Başqa bir məlumatda iddia olunur ki, Qəriblər meşəbəyliyindən hər gün iki yük maşını işlik material satılır.

Bundan başqa,  Lerik rayon Gürdəsər Meşəbəyliyinin 7 saylı dolayında Dokır deyilən ərazidə nadir ağac növlərinin işlik material üçün kəsilməsi faktı qeydə alınıb.

Meşədən daşınan işlik materialların bir hissəsi rayonun Bırkandul kəndinin sakini Tofiq in həyətində Lerik Polisi tərəfindən tapılır. Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin 7 saylı dolayda apardığı yoxlama nəticəsində isə kəsilən agaclar və işlik materialların böyük hissəsi tapılır.

Kənd sakinlərinin sözlərinə görə, İltifat adlı meşə gözətçisi meşədə qırıntılarda əsas şübhəli şəxsdir. Onun Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və Lerik rayonun hüquq-mühafizə orqanları tərəfindən himayə olunduğu yayılan məlumatlar sırasındadır. Bu səbəbdən sözugedən meşə qırıntılarında İltifatın adı hallandırılmır.

Məlumata görə, cənub meşələrində tender yolu ilə sekvestr agacları da İltifat Bakıya daşıtdırır. Sekvestr adı ilə işlik materiallar üçün meşələrdə kütləvi qırıntılar etdiyi bildirilir.

Kənd sakinlərinin şikayətləri əsasında qeydə alınmış kütləvi agac qırıntıları və tutulan işlik materiallara görə, əsl günahkarlar cəzasını alacaq.

Cənub meşələrindəki kütləvi qırıntılarla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməkdəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də kütləvi qırıntılara müdaxilə etməyi xahiş edirik…


Bənzər yazılar

0.1902289390564