Azərbaycandan növbəti humanist ADDIM: Mülki erməni Azərbaycan əsgərlərindən yemək və siqaret İSTƏDİ

 08-01-2023

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Milletinsesi.info xəbər verir ki, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

Bu gün isə Şuşada Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb.

Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə "sağ ol" deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.






Qeyd edək ki, bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib.

Digər tərəfdən isə erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.

Bənzər yazılar

0.14310002326965