Qılıncoynatma üzrə milli Qran-pri turnirinə Bakıda HAZIRLAŞIR

 07-01-2023

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Qılıncoynatma Federasiyasından Milletinsesi.info-a verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.

Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək Qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.

Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

 

Bənzər yazılar

0.14981198310852