Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.
Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Onu da qeyd edək ki, ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb. APA-nın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.
“Bakıda yol vermədiyi üçün motosiklet sürücüsünə güc tətbiq edən Sultan Dadaşovun saxlanılması barədə heç bir məlumat yoxdur”. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.