İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub.
Turun son matçında “Çelsi” “Mançester Siti”ni qəbul edib.
Londonda baş tutan oyunda azarkeşlər cəmi bir qolun şahidi olublar. Qonaqların yarımmüdafiəçisi Mahrez 63-cü dəqiqədə matçın taleyini həll edən qola imza atıb - 0:1.
Bu nəticədən sonra ikinci yerdə mövqeyini daha da möhkəmlədən Qvardiolanın yetirmələri lider “Arsenal”la xal fərqini azaltmağa müvəffəq olublar. Hazırda 39 xala malik “şəhərlilər”i “topçular”dan 5 xal ayırır.
“Zadəganlar” isə 25 xalla 10-cu sırada qərarlaşıblar.