Ruslan Xasbulatov: “Ermənilər Azərbaycan ərazisini ələ keçirmək üçün silahlı münaqişəyə başladılar” - VİDEO

 05-01-2023

“Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycana məxsus idi”.

Bu sözləri Rusiyanın tanınmış siyasətçisi, akademik, Rusiya Ali Şurasının sonuncu sədri, bu yaxınlarda vəfat etmiş Ruslan Xasbulatov deyib.

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ruslan Xasbulatovla söhbətinin videoyazısını paylaşıb.

Sovet İttifaqının dağılmasından danışan Xasbulatov qeyd edib ki, SSRİ-yə ən güclü zərbə ermənilər tərəfindən vurulub.

“Onlar başqa ölkənin ərazisini ələ keçirmək üçün açıq şəkildə silahlı münaqişəyə başladılar. Hətta orada yaşayan sakinlərin çoxu ermənilər olsa da, Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycana məxsus idi. Və məsələni sülh yolu ilə, bəlkə də, qurultay yolu ilə həll etmək əvəzinə, onlar silahlı mübarizəyə başlamaq qərarına gəldilər. Və bu hadisələrdən sonra bütün dünya gördü ki, mərkəzi hakimiyyət zəifdir. Yeri gəlmişkən, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) Mixail Qorbaçovun göstərişini gözləmədən bu məsələ ilə məşğul olmalı idi, dövləti qorumaq DTK-nın funksiyasıdır. SSRİ Qafqazda süqut etdi. Bu silahlı müharibə başlayanda Baltikyanı ölkələr gördülər ki, heç kim ciddi addım atmır”, - deyə siyasətçi qeyd edib.

Bənzər yazılar

0.2328360080719