Bayram tətili günlərində havaların əlverişli keçməsi ölkənin müxtəlif bölgələrində yerləşən milli parklarda canlanmaya səbəb olub.
Milletinsesi.info xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu günlərdə Azərbaycanın milli parklarına 5 011 turist səfər edib və ən çox turist qəbul edən milli parklarımız Göygöl, Abşeron və Ağgöl olub:
“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.
Xatırladaq ki, bayram tətili günlərində milli parklarda “açıq qapı” günü elan edilib və ziyarətçilər ödənişdən azad olunublar.