ŞOK HADİSƏ: Polis onu vurmaq istəyən “Mercedes”in sürücüsünü GÜLLƏLƏDİ

 25-04-2022

Dağıstanda polis əməkdaşı qaçmağa cəhd edən və daha sonra patrul xidmətinin əməkdaşları ilə qarşılaşan “Mercedes” sürücüsünün cinayət əməllərinin qarşısını almaq üçün xidməti tapançadan istifadə edib.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, aprelin 24-də səhər saatlarında “Qavqaz” federal magistralının 825-ci kilometrliyində asayiş keşikçiləri qaydanı pozan sürücüdən dayanmağı tələb ediblər. Lakin o, tələbə məhəl qoymayıb və aradan çıxmağa başlayıb. Polis əməkdaşları onu saxlamağa çalışarkən sürücü maşını onlardan birinin üzərinə sürməyə çalışıb.

Polis atəş açaraq sürücünün çiynindən vurub. O, güllə yarası ilə xəstəxanaya yerləşdirilib və daha sonra burada ölüb. 20 yaşlı gəncin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bənzər yazılar

0.19738507270813