Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində çayxanada spitli içki, qəlyan verilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.
O, deyib ki, dünyanın neçə universitet və elmi mərkəzlərində olsa da, belə halla rastlaşmayıb:
"Akademiyanın həyətində spirtli içki verərlər? Bu azmış kimi, hələ burada qəlyan fa verilir. Cavan uşaqlar gəlib Akademiyanın həyətindəki çayxanada qəlyan çəkərək avaralanırlar. Bu bir təhsil ocağına yaraşan hal deyil. Bu çayxananı kimin işlətdiyi araşdırılmalıdır. Üzə çıxardılmalıdır ki, həmin adam AMEA-nın rəhbəridirmi? Orada açıq-aşkar bazar açılıb".
Alim bildirib ki, Texniki Universitetin yeməkxanasında qiymətlər aşağı, tələbə və alimlərin büdcəsinə uyğundur. Amma bunu AMEA-nın yeməkxanası barədə demək olmaz:
"Mən Texniki Universitetin yeməkxanasında yemək yemişəm. Burada qiymət çox aşağıdır. Amma Akademiyanın həyətindəki yeməkxanada qiymətlərə baxanda adam dəhşətə gəlir. Orada hansısa tələbənin, alimin yemək yeməyə imkanı çatarmı? Qətiyyən yox! Bir çaynik çay od qiymətinə satılır. Orada açıq-aşkar spirtli içki və qəlyanın verilməsi elmi müəssisəyə həqarətdir. Elmi müəssisənin həyətində belə iaşə obyekti ola biməz. Bunlar elmi müəssisəyə bazar kimi baxırlar. Bu qərəzlidir".
AMEA-dan isə səslənən ittihamlara hər hansı şərh verilməyib.