İtaliya A seriyasının XVI turunda daha iki matç keçirilib.
Milletinsesi.info xəbər verir ki, Romada keçirilən matçda eyniadlı komanda “Bolonya”ya qalib gəlib.
Lorenzo Pelleqrininin vurduğu qol oyunda yeganə olub – 1:0.
“Latsio” isə səfərdə “Leççe”yə uduzub – 1:2.
Çiro İmmobile 14-cü dəqiqədə hesabı açsa da, 57-ci dəqiqədə Strefezza, 71-ci dəqiqədə isə Kolombo “Leççe”nin qollarını vuraraq komandalarına qələbə qazandırıblar.
Bundan başqa,İtaliya A Seriyasının 16-cı turunda “Milan” səfərdə “Salernitana”nın qonağı olub.
Qarşılaşmaya qonaqlar fəal başlayıblar. Artıq 10-cu dəqiqədə R.Leao topu meydan sahiblərinin qapısından keçirib. 15-ci dəqiqədə S.Tonali hesab arasındakı fərqi iki topa çatdırıb.
Oyunun 83-cü dəqiqəsində “Salernitana” qollardan birinin əvəzini çıxıb. F.Bonazzoli topu “Milanın qapısından keçirib.
Qələbə ilə xallarının sayını 36-ya yüksəldən “Milan” ikinci pillədəki mövqeyini gücləndirib. “Salernitana” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.
A Seriyasında turun digər oyununda “Sassuolo” doğma meydanda “Sampdoriya”nı qonaq edib.
Bu qarşılaşma da 1:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. 25-ci dəqiqədə M.Qabbiadini və 28-ci dəqiqədə T.Augellonun qollarına meydan sahibləri 64-cü dəqiqədə D.Berardinin dəqiq penalti zərbəsi ilə cavab veriblər.
Qələbə sayəsində “Sampdoriya” turnir cədvəlində bir pillə irəliləyərək 18-ci pilləyə yüksəlib. “Sassuolo” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.