Zərdabda məhkəmə işçisinin DƏLƏDUZLUĞU: Şikayətçidən 5 min manat RÜŞVƏT ALIB

 25-04-2022

Cinayət işlərinin çoxu rüşvət halları ilə bağlıdır. Dəfələrlə rüşvət alan və verənlərə qarşı cinayət işi qaldırılsa da, onlar ifşa edilsələr də, bu problemin qarşısını hələ ki almaq olmur.

Lent.az xəbər verir ki, belə bir hal Zərdab rayon Məhkəməsində qeydə alınıb. Baş Prokurorluqdan verilən məlumata görə, Zərdab rayon Məhkəməsinin böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun rüşvət alması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. İş üzrə toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, istintaqla müəyyənləşib ki, Elçin Səmədov özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib. Yaratdığı inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verib. Bu yolla da 2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat pulunu rüşvət kimi ələ keçirib.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Səmədova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Bənzər yazılar

0.20994305610657