Naxçıvanda daha bir ETİRAZ AKSİYASI - VİDEO

 30-12-2022

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda “Nəqşicahan holding”ə məxsus “Şərur” yanacaq doldurma məntəqəsinin qarşısında bir qrup sürücü avtomobillərlə yolu bağlayıb.

"Azadlıq radiosu" xəbər verir ki, onlar iki gün əvvəl aldıqları benzinin keyfiyyətinə etiraz ediblər.

Sürücülərin dediklərinə görə, həmin benzin onların avtomobillərinə böyük ziyan vurub.

Daha ətraflı:



Qeyd edək ki, dekabrın 28-də Naxçıvanda bir qrup taksi sürücüsü Ali Məclisin qarşısında toplaşaraq sabiq sədr Vasif Talıbovun qoyduğu qadağalara etiraz etmişdi.

Bənzər yazılar

0.2007520198822