Rübabə Muradovanın Süleyman Rüstəmdən UŞAĞI VAR? - Nəvəsi HİDDƏTLƏNDİ

 30-12-2022

Xalq artisti Rübabə Muradovanın haqqında böhtan xarakterli məlumatlar yayanlar məhkəməyə veriləcək.

Bunu “Qaynarinfo”ya açıqlamasında mərhum aktrisanın nəvəsi İbrahim Bəşirov “Rübabə Muradovanın Süleyman Rüstəmdən uşağı var” iddiasına aydınlıq gətirərkən deyib.

İbrahim Bəşirov son günlər mətbuatda Rübabə Muradova haqqında böhtan xarakterli məlumatların yer aldığını vurğulayıb:

“Biz anlaya bilmirik, bu yalan faktlar haradan alınıb? Moskvada bir qız var, axtarsan, musiqidən başı çıxmır, restoranların birində nənəmin repertuarından olan “Kəsmə şikəstə”ni oxuyur. Həmin restoranda onu Rübabə Muradovanın nəvəsi kimi qələmə verirlər. Rübabə Muradovanın oxuyan, səhnə alan nəvəsi yoxdur. Ümumiyyətlə, bizdə heç kəs incəsənətlə məşğul olmur. 

Yazırlar ki, guya kimsə səhnədə nənəmə güllə atıb. Arif Babayev, Səkinə İsmayılova sağdır, soruşun onlardan, bu güllə nənəmə nə vaxt atılıb? Özü də sovet vaxtı. Sovet vaxtı teatra əlində silahla girmək olardı? Adamın dərisini soyardılar.

Axırıncı dəfə deyirəm, bir də nənəmin haqqında kimsə yalan məlumat yaysa, onu hüquq-mühafizə orqanlarına verəcəyəm, həmin adamı cəzalandıracağam. Söhbət puldan getmir, nənəmin adından gedir. Adama pis təsir edir, qohum-əqrəbamı tanıyan çevrə var. Yazırlar ki, Süleyman Rüstəmovdan Rübabə Muradovanın uşağı var. Bunu yazan adam nənəmin yaradıcılığına baxsın. Baxın ki, nənəm Süleyman Rüstəmdən bir dənə qəzəl oxuyub? Nənəm Füzulidən, Vahiddən oxuyub. Şeir yazmışdı, “mənim layka qardaşım”, “mənim çayka qardaşım”, itə qardaş deyib, nənəm də deyib ki, mən itə qardaş deyən adamın qəzəlini oxumaram. Onun nənəmə, nənəmin də ona hörməti var idi, amma qəzəlini oxumayıb. Heç kəs deyə bilməz ki, nənəmin Süleyman Rüstəmdən uşağı var”.

İbrahim Bəşirov Rübabə Muradovanın mahnılarını oxuyan müğənnilərə müraciət edib:

“Onun mahnılarını oxuyanların biri belə ailəsindən icazə almayıb. Almasınlar, amma düz, nənəm kimi oxusunlar”.

İbrahim Bəşirov Rübabə Muradovanın futbol azarkeşi olduğunu söyləyib:

“Nənəm futbolu sevirdi. Dünya çempionatı keçiriləndə hamı ona görə bizə yığılardı. Braziliya komandasına azarkeşlik edirdi. Komanda birinci olanda bizim evdə qonaqlıq olardı. Hətta uduzanda da qonaqlıq edirdi. İndi deyirəm, bundan sonra nənəmlə bağlı mətbuatda hər hansı böhtan xarakterli məlumat oxusam, onu hüquq-mühafizə orqanlarına verəcəyəm, məsələni qanunla həll edəcəyəm”.

Qeyd edək ki, bir müddət əvvəl Rübabə Muradovanın mərhum şair Süleyman Rüstəmdən qızı olduğu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, Bakıda 55 yaşlı Nailə Muradova adlı dilənçilik edən qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir.

Bənzər yazılar

0.22156810760498