Naxçıvanın “Çakır” ləqəbli yeni daxili işlər naziri KİMDİR? – DOSYE

 30-12-2022
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
 
Yeniavaz.com xəbər verir ki, Süleyman Əsgər oğlu Neymətov əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəndir.
 
Süleyman Neymətov 2005-2006-cı illərdə Nəsimi Post Patrul Xidmətinin rəisi, Nəsimi rayon Polis İdarəsinin rəis müavini işləyib. Neymətov daha sonra Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini işləyib.
 
2016-cı ildə Quba rayon Polis İdarəsinə rəis təyin olunub. 2020-ci ildə Süleyman Nemətov Suraxanı rayon Polis İdarəsinə rəis vəzifəsinə təyinat alıb.
 
Məlumat üçün qeyd edək ki, polkovnik Süleyman Neymətovun adı mətbuatda kütləvi aksiyalar zamanı aksiya iştirakçılarına qarşı davranışları ilə gündəmə gəlib.
 
S. Neymətov 2011-ci ildə Şəhidlər Xiyabanını ziyarət edən zaman Milli Məclisin sabiq sədri, Müsavat Partiyasının sabiq başqanı İsə Qəmbərə xitabən “Mənə barmaq silkələmə, barmağını qıraram” – deməsilə də gündəm olub.
 
Mətbuatda gedən məlumatlarda həmçinin bildirilir ki, S. Neymətov öz həmkarları arasında “Çakır” ləqəbilə tanınır.
 
 

Bənzər yazılar

0.23786401748657