Bahar Muradova: "Azərbaycan qadınları dövlətin dəstəyini hər zaman hiss edirlər"

 07-03-2022

"Azərbaycan qadınları dövlətin dəstəyimi hər zaman hiss edirlər." Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunan tədbirində komitə sədri Bahar Muradova deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkədə qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır:

“Bu gün ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında qadınlar fəal iştirak edərək onlara göstərilən etimadı şərəflə doğruldurlar. Yeni Azərbaycan quruculuğunda qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan qadınları birgə fəaliyyət göstərəcəkdir. İstənilən demokratik cəmiyyətə, qadın hüquqlarının müdafiəsinə önəm verilir. Düşünürəm ki, Azərbaycan bu sahədə çox gözəl təcrübəyə malikdir. Hər keçən gün qadın hüquqlarının təminatı sahəsində əldə edilən uğurların sayı artır. Bu istiqamətdə mediaya açıqlamalarda, hazırladığımız hesabatlarda qadınların iqtisadi sahədə təmsil olunması, gender bərabərliyi barədə müvafiq məlumatlar qeyd etmişik.

Bu gün dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınları həm ölkə daxilində, həm də xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.

B.Muradova qeyd edib ki, Azərbaycan qadınları dövlətin dəstəyini hər zaman hiss edirlər: “Prezident İlham Əliyev qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkədə hər bir şərait yaradıb. Qadınlar ən çətin peşələrdə çalışmalarına baxmayaraq daim məsuliyyətlidirlər. Müxtəlif sahələrdə Azərbaycan qadının qazandığı uğurlara görə onların dəyərləndirilməsi motivasiyadır. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, arzumuz budur ki, heç vaxt qadınlar, uşaqlar ağlamasın”.

Bənzər yazılar

0.14169597625732