Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda yaşayan 47 yaşlı elektrik Yusuf Çeviker evinin damını Türkiyə və Azərbaycan bayrağı rənglərinə boyayıb.
Çeviker Qarabağ müharibəsindən sonra Azərbaycan bayrağının təsvirini də əlavə edib və bunu 3 aya tamamlayıb.
“Qarabağ savaşından sonra gördüm ki, bunlar bizim millətdir. Mən Qarabağ üçün Azərbaycan bayrağını da hazırladım”.
Mənbə: İHA