Samir Adıgözəlli: “Bu gün səhər Xarkovdan 37 soydaşımız təxliyə edilib”

 07-03-2022

“Biz bu gün səhər Varşavadan Çexiyanın sərhədinə doğru gəldilər. Polşa hökuməti buradan humanitar dəhliz açaraq, çarter reysləri ilə təxliyəni təşkil etməyə çalışır. Dünən iki çarter təyyarəsi gəlməli idi, təxliyə baş tutmadı. Bu məsələ ciddi narazılığa səbəb oldu”.

Bu barədə Oxu.Az-a Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib. 

O bildirib ki, təxliyəsi nəzərdə tutulan şəxslər konsulluğa üz tutublar:

“İnsanlar artıq səbirsizlənirlər. Ukraynadan təxliyə olunublar Polşaya, buradan da Azərbaycana gəlmək istəyirlər. Hazırda Polşada 900-ə yaxın azərbaycanlı var. Ard-arda gələnlər var, rəqəmləri dəqiqləşdirmək çətinləşir. Polşanın özünə Ukraynada 1 milyona yaxın qaçqın gəlib ki, burada da artıq fövqəladə vəziyyət yaranmağa başlayır”.

Onun sözlərinə görə, Xarkovdan bu gün səhər 37 nəfər təxliyə edilib:

“Təxliyə Xarkovdakı konsulluq tərəfindən həyata keçirilib. Axşam saatlarında təəssüf ki, endirilən hava zərbələri nəticəsində Azərbaycan Respublikasının fəxri konsulluğunun binasını ciddi dağıntılara məruz qalıb. Artıq orada fəaliyyət göstərmək mümkünsüzdür. Yəqin ki, onlar öz fəaliyyətini başqa bir ərazidən davam etdirəcəklər. Qısa zamanda Azərbaycandan Polşaya çarter reyslərinin gəlməsi vacibdir. Burada olan soydaşlarımızın sayı artır. Bu da yerləşdirilmə məsələsində də çətinliklər yaradır”.

Bənzər yazılar

0.14286589622498