Ziya Məmmədovun oğlunun 85 milyonluq BİZNESİ – SƏNƏD

 25-12-2022

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni xəbər yayılıb.

Sözügedən məsələ ilə bağlı xaricdə yaşayan jurnalist Cavanşir Həsənli məlumat yayıb ki, Anar Məmmədov Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə ölkə gündəminə gəlib.

Sözügedən məsələ ilə bağlı xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb. Blogerin yaydığı məlumata görə, sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da açıqlayıb. 

 






Sözügedən məsələ ilə bağlı Manset.az Ziya Məmmədovla əlaqə saxlayıb. O, yazılanların həqiqətəuyğun olmadığını bildirib:

“O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.

Bənzər yazılar

0.44097709655762