Hakimiyyətin başlatdığı kadr dəyişikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib. Dəyişikliklərdən həvəslənən ictimaiyyət artıq təkcə yaşlı məmurların deyil, əhalinin ən çox narazılıq etdiyi sahələrə rəhbərlik edən bürokratların, eyni zamanda qohum çinovniklərin də “ishlahat dalğası”nda “əridilməsini” istəyir. İqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Bu isə idarəetmədə müəyyən problemlərin yaranmasına səbəb olur. Bu yazımızda cumhuriyyet.az olaraq Azərbaycanın quru və su yollarını inhisara alan quda məmurları oxucuların diqqətinə çatdırırıq.
Asvalt və dəniz rəhbərlərinin qohumluğu
Azərbaycanda məmurların qohum-quda olması adiləşib. Nə hikmətdirsə, məmur övladları sadə bir insanın uşaqları ilə ailə həyatı qurmurlar. Bu, “nikah diplomatiyası” kimi qiymətləndirilməlidir. Belə münasibətlərdən daha biri 2019-cu ildə baş tutub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, toy məclisi dünən “Böyük Saray” şadlıq evində baş tutub. Mətbuatda gedən xəbərlərə görə, toy tanınmış və bahalı ifaçılar tərəfindən idarə olunub. Bu da təbii qarşılanır. Çünki hər iki məmurun gözəl imkanları var. Onlar üçün bir müğənniyə 8-10 min vermək qəpik-quruşdur. Çünki həm S.Məmmədov, həm R.Vəliyevin rəhbərlik etdiyi sahələr “yağlı tikələr” sayılır. Biri quruda, biri isə suda böyük gəlirlərə sahibdirlər.
Saleh Məmmədovun diplom müəmması
Saleh Məmmədovun tərcümeyi halında onun 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirməsi göstərilir. O zaman ASC rəhbərinin 56 yaşı vardı və 4 il ali təhsili nəzərə alsaq universitetə 2011-ci ildə daxil olub. Cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur. Eyni zamanda dövlət məmuru olduğunu və ictimai fiqur kimi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, əgər S.Məmmədov həmin dövrdə BDU-nun Hüquq fakultəsinə qəbul olsaydı, mətbuatın diqqətini çəkərdi, dərhal bu maraqlı xəbər tirajlanardı.
Deməli, BDU-nun rektoru Abel Məhərrəmovun dövlət məmuruna saxta diplomu hədiyyə etməsi ehtimal ağıla batır. Başqa heç bir versiya qalmır. Belə çıxır ki, ASC sədri iş-gücünü atıb hər gün dərsə gedirmiş. Ən maraqlısı da odur ki, 2015-ci ildə bu vəzifəyə təyin olunub və ona qədər “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi işləyib.
“Asvalt kralı” dövlət başçısını belə aldadıb
Saleh Məmmədov ölkədə yol infrastrukturunun inkişafını korrupsiya və oğurluq əməlilə elə dəhşətli duruma salıb ki, hər gün bu yollarda neçə-neçə insan qəzaya düşür, trafik canavarının qurbanına çevrilir və həyatını itirir. Buna görə də Saleh Məmmədovun adı cəmiyyətimiz üçün ən böyük təhlükə törədənlərin siyahısına başçılıq edir. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, ölkə başçısı S. Məmmədovu bu vəzifəyə təyin eib, ölkə yollarını yüksək səviyyədə qurmağı ona tapşıranda qarşısında ciddi tələblər qoyub.
Üstəlik, ölkədə barmaqla sayılan sahə var ki dövlət başçısı büdcə vəsaitindən əlavə, pzünün ehtiyat fondundan vaxtaşırı milyonlarla manat pul ayırır. Belə təşkilatlardan biri də Saleh Məmmədovun rəhbərlik etdiyi “Azəravtoyol” şirkətidir. Bu pul ona görə ayırlır ki, Saleh Məmmədov paytaxtın və regionlarımızın yollarını normal düzəltsin. Düzəltsin ki, vətəndaşlarımız ölkə daxilində rahat hərəkət edə bilsinlər…
Amma təəssüf ki, müstəqil mediada və sosial şəbəkələrdə “Azəravtoyol” şirkətinin rəhbəri Saleh Məmmədovun qururculuq işlərindən yox, onun daha çox dağıdıcılıq, korrupsiya fəaliyyətindən bəhs olunur. Bu cür təzadlı durumda olan Sakeh Məmmədov həddini o qədər aşıb ki, o, DÖVLƏT BAŞÇISINI DA ALDADIR!
Məsələn, 2015-ci ildən “Azəravtoyol”un rəhbəri təyin edilən S. Məmmədov dövlət başçısı ilə açılış edərkən, həm də təkbətək görüşərkən görüləcək işlər, gələcək plan haqqında danışanda xeyli layihədən bəhs edir. Amma elə yol layihəsi var ki, 7 ildir hər dəfə Saleh Məmmədov yaxın vaxtlarda başa çatacağından danışır. Utanmadan, çəkinmədən dövlət başçısına məlumat verir, də ad çəkir, lakin ortada nəticə yoxdur.
Buna bir misal gətirək: 2015-ci ildə başlayan Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməsi S. Məmmədovun rəhbərliyi ilə 7 ildir ki, davam edir.
Həmin ərazidə yaşayan sakinlərlə S.Məmmədovun hansı düşmənçiliyi varsa, 70 kilometrlik Zəfər yolu bir ilə istfadəyə verilsə də, 7 kilometrlik Zığ-Hövsan avtomobil yolunun istifadəyə verilməməsi dəfələrlə gündəmə gətirilsə də, bu məsələdə adıkeçən məmur yalandan vaxt verməklə işini bitmiş hesab edir.
cumhuriyyet.az xəbər verir ki, sonuncu dəfə ötən ilin oktyabrında Prezident İlham Əliyev xüsusi sərəncamla Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon manat ayırıb. Amma 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun tamamlanması üçün son 5 ayda ciddi işlərin görüldüyü nəzərə çarpmır.
Baxmayaraq ki, dövlət başçısı ilə görüşlərində 3 il əvvəl də yolun tamamlanmasına az müddət qaldığı barədə yalan məlumatlar verən “Azəravtoyol”un şefinin ayrılan bu qədər vəsaiti haraya xərclədiyindən belə xəbər yoxdur. Bununla eyni zamanda həmin yolun davamı olacaq Hövsan-Qala-Türkan yolunun istifadəyə verilməsi də illərdir davam edir. Belə ki, AAYDA-nın öz saytında hələ 2019-cu ildə yolun tikintisi barədə məlumat yerşlədirilsə də, sakinlər bu yolun aqibəti barədə hələ də xəbərsizdirlər. Görülməyən işlər kifayət qədərdi:
Uzağa getməyək, elə Sabunçu rayonun Zabrat qəsəbəsini götürək. Yağıntı düşən kimi, qəsəbə daxili yollarda hərəkət etmək üçün qayıq axtarmalı olursan.
Və yaxud Binə qəsəbəsibdən danışaq. Kənd içi yollarda hərəkət etməyə adam min can istəyir ki, mənzil başına çata…
Xırdalan, Pirşağı, Binəqədi və s. və ilaxır. Bu siyahını o qədər artırmaq olar ki..
Tikintisi yarımçıq qalan piyada keçidləri, təmtəraqlı şəkildə tikilən lakin istifaəsinə ehtiyac olmayan keçidlər, ehtiyac olduğu halda tikilməyən keçidlər və s. və ilaxır..
Oğlunun xaricdəki biznesi və erəni iddiası
Xarici ölkələrə daşınan sərvətlər vasitəsilə Saleh Məmmədovun oğlu Sübhan da Qərb ölkələrində şirkətlər yaradıb, tanınmış iş adamı olmasıdır. Avstriyada yaşayan Sübhan Məmmədli nə hikmətdirsə, 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri S.Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında Tiqran Petrosyanın da adı çəkilir.
Məsələ ilə bağlı cumhuriyyet.az bildirir ki, Birləşmiş Krallığın reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.
Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.
Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərrin siyahısını da cumhuriyyet.az olaraq təqdim edirik:
“Saha İnvestment Dış Ticaret Limited”
“Subhan Dış Ticaret Limited”
“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”
“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”
“Azerturk İnvestment Dış Ticaret Limited”
Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.
Qudanın gəmilərdən və tankerlərdən qazandığı aylıq vəsaitlər yüz minlərlə ölçülür…
Saleh Məmmədovun qudası “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Mətbuatda yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir.
Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev
Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil. Ölkə mediasında yer alan və rəsmən təkzib olunmayan məlumatlara istinadən cimhuriyyet.az bildirir ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq…
Bir sözlə, oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.
Digər quda “pulsilən” rolunda
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in rəhbərliyində vəzifə sahibi olan şəxslərin hər biri geniş içtimaiyyət arasında “milyonçu şəxs” deyə tanınırlar. Adicə bir faktı qeyd edək ki, Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımovun məxsus olduğu var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil.
Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var. Sözsüz ki, Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi Əflatun Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi Əflatun Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o,“Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir.
Bütün bunlar onu subut edir ki,baş idarənin rəisi Əflatun Qasımov“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in rəisinə söykənərək hər cür hoqqalardan çıxmağı bacarır. Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Məsələ ilə bağlı, cumhuriyyet.az-a daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin”in sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur. Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər.
Məsələn,Əflatun Qasımovun qohumlarından olan14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Məsələn, söylənilənə görə bu gün14 №-li Xüsusi Təyinatlı Yol İstismar MMCtikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılır və dünyasını dəyişir.
Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də,baş idarənin rəisiyaşanan faciələrə gözucu baxır. Çünki,Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır.Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki,baş idarənin rəisiara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.
Mənbə cumhuriyyet.az