Gəncədə "Xan arxı"nın yatağında betonlama İŞLƏRİ GÖRÜLÜR

 24-12-2022

Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan "Xan arxı"nın Gəncə şəhər ərazisindən keçən hissəsində betonlama işləri aparılır.

“Report”un məlumatına görə, işlər şəhərin 28 May və Səbuhi Əliyev küçələrində görülür.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov Göygöl Suvarma Sistemləri İdarəsinin əməkdaşları ilə birlikdə işlərin gedişatı ilə yerində tanış olub.

Bildirilib ki, "Xan arxı"nın suyu məcranın bu hissəsində torpağı yuduğundan, ilin müəyyən vaxtlarında daşqınlar baş verirdi. Məhz buna görə də ərazidə yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq sözügedən işlərə başlanılıb.

Əlavə olaraq bildiririk ki, sakinlər tərəfindən məişət tullantılarının "Xan arxı"na atılması səbəbilə kanalda tıxanmalar baş verir. Gəncə şəhər sakinlərindən məişət tullantıları üçün nəzərdə tutulan zibil qutularından istifadə etmələri xahiş olunur.

Bənzər yazılar

0.14350008964539