Vahid Ələkbərov "Lukoyl"un rəhbərliyindən çıxdı

 21-04-2022

2Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoyl"un prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa verib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Bu gün şirkətin Direktorlar Şurasının sədrinə müvafiq istefa məktubları göndərilib", - "Lukoyl"dan bildirilib.

Şirkət qeyd edib ki, Ələkbərov nəzarət səhmdarı deyil, o, səhmlərin yalnız 3,12%-nə birbaşa sahibdir. Həmçinin fondlar vasitəsilə isə səsvermə hüququ olmayan 5,43% səhmə sahibdir.

Qeyd edək ki, V. Ələkbərov daha əvvəl Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Bənzər yazılar

0.20331120491028