Bu gün saat 14 radələrindən etibarən Bakının mərkəzi hissələrində sərnişindaşıma xidməti göstərən 65 saylı marşrut xəttinə məxsus avtobuslar “Sovetski” adalanan ərazidə qalıblar.
Bu barədə xətt üzrə daşıyıcı şirkət məlumat yayıb.
Bildirilib ki, Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı iritutumlu avtobuslar qeyd edilən istiqamətdə qalıblar və hərəkət bir saata yaxındır ki, tamamilə dayanıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stresə səbəb olur.