Fransanın “Lion” klubunun yeni sahibi AÇIQLANIB

 20-12-2022

Fransanın “Lion” klubunun yeni sahibi bəlli olub. Bu ABŞ-nin “Eagle Football Holding” şirkətidir.

Holdinqə İngiltərənin “Crystal Palace”, Braziliyanın “Botafogo” və Belçikanın “Molenbeek” şirkətlərində pay sahibi olan biznesmen Con Tekstor nəzarət edir.

Məlumata görə, dəyəri 800 milyon avrodan çox olan sövdələşmə altı aydan çox davam edən danışıqlardan sonra tamamlanıb.

“Lion”un hazırkı prezidenti Jan-Mişel Olas ən azı üç il müddətində klubun operativ prezidentliyini qoruyacaq”, - deyə klubun rəsmi açıqlamasında deyilir.

Qeyd edək ki, “Lion” hazırda “Liqa 1”də səkkizinci yerdədir.

Mənbə: Matç

Bənzər yazılar

0.17450594902039