Sautqeytin İngiltərə millisindəki taleyinə AYDINLIQ GƏTİRİLİB

 19-12-2022

Qaret Sautqeyt İngiltərə millisi ilə yoluna davam edəcək.

İngiltərə Futbol Assosiasiyası 52 yaşlı mütəxəssisin komandada qaldığını və yığmanı Avro-2024-ə hazırlayacağını təsdiqləyib. Qurumdan verilən açıqlamada baş məşqçi və onun köməkçisi Stiv Hollanda tam dəstək ifadə olunub.

Xatırladaq ki, Sautqeytin rəhbərliyi altında İngiltərə seçməsi DÇ-2018-in yarımfinalına yüksəlib və Avro-2020-nin finalında oynayıb.

DÇ-2022-də isə İngiltərə 1/4 finalda Fransaya uduzub (1:2).

Mənbə: sports.ru

Bənzər yazılar

0.15137600898743