16 yaşına çatmayan qız uşağı ilə cinsi əlaqəyə görə 6 NƏFƏRƏ CİNAYƏT İŞİ AÇILIB

 15-12-2022

2021-ci ildə qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı cəmi bir cinayət qeydə alınıb.

APA.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, erkən nikahla əlaqəli olan on altı yaşına çatmayanla cinsi əlaqədə olma əməlinə görə 6 cinayət işi başlanılıb.

Erkən nikah hallarına yol açan təhsildən yayınma hallarının qarşısının alınması sahəsində Dövlət Komitəsi tərəfindən görülmüş tədbirlər nəticəsində 60 nəfər, o cümlədən 21 qız uşağı müəyyən edilərək onların təhsilə cəlb edilməsi təmin olunub.

Bənzər yazılar

0.20641613006592