Bakıda 17 yaşlı oğlan atasını BIÇAQLAYIB

 15-12-2022

Binəqədi rayonunda oğul atasını bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 03 radələrində 2005-ci il təvəllüdlü oğlan yaşadığı Novxanı bağlar sahəsindəki evdə atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevə bıçaqla bədən xəsarəti yetirib.

O, polis tərəfindən saxlanılıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Bənzər yazılar

0.17907309532166