Qətərdə DÇ-2022-nin təhlükəsizlik işçisi final oyunun keçiriləcəyi stadionda ÖLÜB

 15-12-2022

Keniyalı təhlükəsizlik üzrə mütəxəssis Con Njue Kibue dünya çempionatının oyunlarının keçirildiyi Lusail Milli Stadionunda səkkizinci mərtəbədən yıxılaraq xəstəxanada dünyasını dəyişib.

Kibuenin 24 yaşı var idi. Onun ağır kəllə-beyin travması, üz və çanaq sümüklərinin sınığı ilə Doha Ümumi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qeyd olunur ki, turnirin təşkilatçıları təcili olaraq baş verən hadisəni araşdırırlar.

Xatırladaq ki, dekabrın 18-də Lusaildə dünya çempionatının final oyunu keçiriləcək.

Mənbə: TASS

Bənzər yazılar

0.13993000984192