Ukraynadakı rus əsgərin ŞOK SƏS YAZISI YAYILDI: "Bir gündə atılan raket nəticəsində 700 əsgər öldü"

 18-04-2022

Rusiyanın hərbi qulluqçuları arasında keçən danışığın səs yazısı yayılıb.
 
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Bir gündə atılan raket nəticəsində 700 əsgər öldü. Deyirlər ki, Rusiya tərəfdən 1300 adam ölüb, bu 1300-ü 100-ə vurmaq lazımdır, dəhşətli itkilər var. Bizim Rusiyada yəqin ki, paraşütçülərimiz qalmayıb, hamını öldürüblər", - deyə, rus əsgər səs yazısında bildirir.

Onun sözlərinə görə, Rusiya ordusu üçün ən pis vaxt fevral ayı olub. Əsgər bildirir ki, bəzi əsgərlərin meyitləri bir neçə gün zibil torbalarında qalıb, onları heç kim aparmayıb:

"Dəhşətli, çox qorxulu idi. Hətta maşından tualetə getməyə belə qorxurdum. Gecə tualetə getdim, geri qayıdında, məni də vurdular. Döyüşə hazırlaşırdı (hərbçi yoldaşını nəzərdə tutur), pulemyotla onu vurdular. Onu öldürdülər. Ailəsinə də dedilər ki, o, sığorta pulu almaq üçün özünü minada partladıb”.

Səs yazısını özünün “youtube” kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko yayımlayıb.
Səs yazısında hərbçi döyüş yoldaşından ümumi vəziyyətin necə olduğunu soruşur, digəri isə belə cavab verir:

“Vəziyyət çox pisdir. Sabah bizi də cəbhəyə göndərəcəklər. Oraya getmək isə, ümumiyyətlə, mümkün deyil, kolonları atəşə tuturlar. Bilirsən "200"ə (briqda nəzərdə tutulur) nə qədər meyit gətirilir? Əsgərlər gedir, ölülər gəlir. Təkcə dünən 30 ölü gətiriblər. Heç kimə demə...”.


Bənzər yazılar

0.41019296646118