Milli Məclisin iclasında “Azərbaycanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Milletinsesi.info-ın məlumatına əsasən, layihələr səsə qoyularaq qəbul olunub.
2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub
Bu o deməkdir ki, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək.
Azərbaycan hökuməti və parlamenti bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edir.