Azərbaycan Kuboku: “Zirə” “Neftçi”yə qalib gəldi, “Qarabağ” və “Qəbələ”dən HEÇ-HEÇƏ

 08-12-2022

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, turnirin son qalibi “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Azersun Arena”da baş tutan görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Emil Səfərov fərqlənib. Birinci hissə “Qəbələ”nin üstünlüyü ilə yekunlaşıb. 56-cı dəqiqədə hesabı bərabərləşdirən Musa Qurbanlı 84-cü dəqiqədə komandasını önə keçirib. Görüşdə son nöqtəni isə Omar Hani qoyub. İordaniyalı yarımmüdafiəçi 87-ci dəqiqədə vurduğu topla “Qəbələ”ni məğlubiyyətdən xilas edib.

Cavab matçı dekabrın 19-da baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

 

Bənzər yazılar

0.15175294876099