“Hərdən məclislərə gedirəm, klounluq edirəm, insanları güldürürəm Bu mənim işimdir”.
Bunu stilist Samiraldo Lent.az-a müsahibəsində bildirib.
O, klounluq etməyindən utanmadığını da dilə gətirib:
“Bundan utanmıram, amma hərdən məni çağırıb deyirlər ki, niyə özünə kloun deyirsən, axı kloun deyilsən? Onlara belə cavab verirəm: Əgər mən insanları güldürə bilirəmsə, dəvət aldığım ad günlərində, məclislərdə onlara şən əhval-ruhiyyə bəxş edirəmsə, bu mənim klounluq işimdir. Görün klounlar kimlər olub – Nikulin, Bapov...”.