Gəncə, Goranboy və Zaqatalada zəlzələ olub.
Milletinsesi.info-a yerli sakinlərin verdiyi məlumata görə, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, Cənubi Qafqazda mərkəzi Mahaçqala olan 5,6 ballıq zəlzələ qeydə alınıb.