Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirir

 07-03-2022

Rusiya Federasiyası Belarus ərazisindən Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir. Günün əvvəlindən rus işğalçısı Ukraynanın yaşayış məntəqələrinə raket-bomba və artilleriya zərbələri endirməkdə davam edir. İşğalçılar Ukraynaya aviazərbələr endirmək üçün Belarus Respublikasının aerodromlarından istifadə edir”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumat o da bildirilir ki, 11 gündən az müddət ərzində Ukrayna Silahlı Qüvvələri 46 minə qədər rus hərbçisini (ölənlər, yaralananlar, əsir düşənlər) zərərsizləşdirə bilib.

Fevralın 24-də hücum zamanı Rusiya ordusu quru qoşunları 145 min nəfərindən ibarət olub. Söhbət quru qoşunlarının 110 min əsgərindən və 35 min polis qüvvəsindən gedir.  Hazırda Ukraynada Rusiya silahlı qüvvələrinin qruplaşması 100 min nəfərə qədərdir.

Bənzər yazılar

1.3419721126556