Uşaqların bağçalara qəbulunda YENİLİK

 14-04-2022

“Hazırda qarşımızda duran məsələlərdən biri yeni tədris ili başlayana qədər məktəbəqədər təhsil müəssisələrində də uşaq qəbulunu vahid elektron formada həyata keçirməkdir”.

MillətinSəsi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

“Bu imkan verəcək ki, artıq valideynlər evdən elektron formada özlərinə istifadəçi adı yaradıb həmin sistem vasitəsilə müvafiq bağçanı seçib ora öz övladlarını qeydiyyatdan keçirsinlər”.

O həmçinin qeyd edib ki, valideynlər sonradan övladlarının bağçasını dəyişə bilər:

“Qanun buna heç bir məhdudiyyət qoymur. Sadəcə olaraq onun dəyişmək istədiyi bağçada boş yerin olub-olmaması sual olacaq. Bizim nəzərdə tutduğumuz mexanizm boş yerlərin daim sistemdə açıq olmasını təmin etməkdir. Biz çalışacayıq ki, həmin boş yerlər sistemdə görünsün və valideynlər özləri bunu əvvəlcədən bilsinlər.

Bilirsiniz ki, 21 dekabr 2021-ci il sərəncamı ilə yerlərdə təhsil sisteminin idarə olunması təkmilləşdirilib. Və bu, yerli təhsil şöbələrinin ləğv olması, oradakı iş yerlərinin ixtisar olunması anlamına gəlmir. 

Müvafiq regional təhsil idarələri yaranıb. Və həmin - əvvəllər adları “Rayon Təhsil Şöbələri” adlanan yerli təhsil idarələri artıq regional təhsil idarələrinin nəzdində yerli təhsil bölmələri olaraq fəaliyyət göstərəcəklər”, - o əlavə edib.
 

 

 

Bənzər yazılar

0.20421409606934