Polis zabiti qəbiristanlıqda İNTİHAR ETDİ

 14-04-2022

Rusiyanın Sverdlovsk vilayətində qəbiristanlıqdan polis meyiti tapılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, vilayətin Nijni Tagil şəhərindəki  qəbiristanlığın yaxınlığında bədənində güllə yarası olan polis meyiti aşkarlanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.

Digər bir mənbənin bildirdiyinə görə, polis zabiti intihar edib.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin nümayəndəsi Aleksandr Şulqa isə müstəntiqlərin hadisə yerinə baxış keçirdiyini və polisin cəsədinin ekspertizaya göndərildiyini bildirib.

Bənzər yazılar

0.29848504066467