“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
Milletinsesi.info xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.
“Azərsu” ASC-nin sözügedən ərazidə xidmət aparan əməkdaşı Əliəkbər Şıxıyevin quruma məxsus avtomobili geriyə verərkən ehtiyatsızlıqdan 68 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.