Quba sakini qonşusunu BIÇAQLAYIB

 28-11-2022

Quba rayonunda qonşular arasında bıçaqlanma olub.

“Report”un xəbərinə görə, hadisə rayonun Mirzəqışlaq kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadıq oğlu qonşusu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.15981507301331