“Kalmar oyunu” serialının ulduzu cinsi təcavüzdə İTTİHAM OLUNUB

 25-11-2022

Cənubi Koreyanın “Kalmar oyunu” (“The Squid Game”) serialındakı roluna görə “Qızıl Qlobus” mükafatını alan aktyor O Yon Su cinsi təcavüzdə ittiham olunub.

Bu barədə Koreyanın Suvon şəhərinin prokurorluğuna istinadən məlumat yayılıb.

Bildirilir ki, 78 yaşlı aktyora qarşı iddia 2021-ci ilin dekabrında bir qadın tərəfindən qaldırılıb. O, O Yon Sunun 2017-ci ildə ona toxunduğunu iddia edib. 2022-ci ilin aprelində iş ittiham irəli sürülmədən bağlanıb, lakin qadın apellyasiya şikayəti verib və istintaq yenidən başlayıb.

Aktyorun özünün dediyinə görə, o, “göldə necə gəzmək lazım olduğunu göstərmək üçün qadınla əl-ələ tutub”.

O Yon Su təcavüz ittihamlarını rədd edib, artıq qadından üzr istədiyini bildirib və bu üzrxahlığını təqsirin etirafı hesab etmədiyini vurğulayıb.

Qeyd edək ki, “Kalmar oyunu” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə ölürlər. Serial “Netflix”in indiyə qədər şousu kimi tarixə düşüb.

 

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.20485401153564