BUÇADA AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi -VİDEO

 13-04-2022

Kiyev yaxınlığındakı Buçada Rusiya hərbçiləri Aleksandr Çikmarevin həyat yoldaşını və uşaqlarını onun gözü qarşısında güllələyiblər. 

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, kişi möcüzə nəticəsində sağ qalıb.

“Saat 6-da dostlarla və qardaşımla Buçadan ayrılmaq üçün toplandıq. Evdən çıxdıq, qarşımızda piyada döyüş maşını dayandı. Və dərhal atəş başladı. Uşaqlarım və həyat yoldaşım dərhal öldü. Oğlanlarımdan birinin 10, digərinin 5 yaşı vardı. Avtomobilim alışdı, mən də yaralandım. Maşından sürünərək yola çıxdım. Bir ağacın arxasında gizləndim”, - Aleksandr hadisə anını belə danışır.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin edam üçün heç bir aşkar səbəbləri olmayıb: “Ailənin getdiyini görürdülər”.

Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi

Bənzər yazılar

0.24838304519653