"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni üçün 2021/2022 mövsümü erkən başa çatıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin Massimiliano Alleqri məlumat verib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Vilyarreal”la ilk oyununda (1:1) 23 yaşlı oyunçunun sol ayağın ikinci və üçüncü sümükləri sınıb. Bu səbəbdən o, mövsümün qalanını buraxacaq.
Qeyd edək ki, Makkenni bu mövsüm 28 oyuna çıxıb və 4 qol vurub.