44 günlük VƏTƏN SAVAŞINDA ermənilər evlərini raketlə vurdu... Gəncə İcra hakimiyyəti isə PULLARINI VERMİR...

 12-04-2022

2020-ci ilin 44 günlük VƏTƏN SAVAŞI özü ilə qələbə gətirsə də, acılarla yadda qaldı. Ermənistanın 2020-ci ilin oktyabrın 4-dən başlayaraq Gəncəyə yağdırdığı raket TERRORUndan xeyli mülki insan zərər gördü, uşaq və yaşlılar da olmaqla şəhid olanlar və yaralananlar oldu. Eləcə də düşmənin raket zərbəsindən sakinlərin evlərinə, inzibati binalara da xeyli ziyan dəydi.

MillətinSəsi.info-nun məlumatına görə, Demokratik.Tv-yə müraciət edən Gəncə sakinləri bildirirlər ki, onlar da zərərçəkmişdirlər, dəfələrlə qurumlara müraciət ediblər, lakin, yerli icra hakimiyyəti onları hələ də siyahıya qəsdən almayıb. Ona görə də vətəndaşlar iddia edirlər ki, hələ də evlərinin hasar görməsinə görə müvafiq dövlət kompensasiyasını ala bilmirlər.

ŞİKAYƏTÇİLƏR:

1. Bayramov Camal İmdad oğlu - Gəncə şəhəri Nəriman Nərimanov pr-ti 215
2. Namazova Məleykə Yunis qız - Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 23


 

Bənzər yazılar

0.21537780761719