Bakıda fəaliyyət göstərən ən bahalı təhsil ocaqlarından biri "Oxbridge Academy"nin dövlət büdcəsinə külli miqdarda vergi borcu yaranıb.
32gun.az-ın məlumatına görə, 11.11.2016 tarixində dövlət qeydiyyatına alınan təhsil ocaqının vergi borcu 9 min 491 manat (9491.52 azn) təşkil edir.
Sözügedən qurumun qanuni təmsilçisi və direktoru Nailə Rzayeva Yaqub qızıdır.
Qeyd edək ki, "Oxbridge Academy" Azərbaycanın ən bahalı təhsil mərkəzlərindən biri hesab edilir. Belə ki, akademiyada 1-6 siniflər üçün illik haqqı 6500 dollar, 7-9 siniflər üçün 7800 dollar, 10-11 siniflər üçün 9100 dollar və 12-13 siniflər üçün 11700 dollardır.
Müəəlif Nilay
Mənbə 32gun.az