“Küləklə sovrulanlar” filminin aktyoru VƏFAT EDİB 

 22-11-2022

“Küləklə sovrulanlar” (“Gone With The Wind”/1939) filmində Bo Uilks obrazını canlandıran amerikalı aktyor Mikki Kun ABŞ-də 91 yaşında vəfat edib.

Bu barədə aktyorun həyat yoldaşı xəbər verib.

Onun sözlərinə görə, son günlərinə kimi səhhətində problem görünməyən aktyor Florida ştatının Neapol şəhərindəki hospisdə vəfat edib.

Qeyd edək ki, Kun uşaq olanda Marqaret Mitçelin eyniadlı romanı əsasında çəkilmiş “Küləklə sovrulanlar” filmində Eşli Uilks və Melani Hamiltonun oğlu rolunu oynayıb.

O, həmçinin “Xuarez”, “Dik Treysi” və “Marta Ayversin qəribə sevgisi” kimi filmlərdə də rol alıb.

1950-ci illərin sonunda aktyorluqdan ayrıldıqdan sonra Kun “American Airlines”da işə başladı. O, 1995-ci ildə təqaüdə çıxana qədər Boston, Massaçusets və Vaşinqtonda hava limanlarının terminallarında çalışıb.

Nümayiş olunduqdan sonra inanılmaz populyarlıq qazanan “Küləklə sovrulanlar” dövrünün ən çox gəlir gətirən film olub və 25 ildən artıq bu rekordu qoruyub. İnflyasiyaya uyğunlaşdırılarsa, film 3,7 milyard dollardan çox gəlirlə tarixin ən yüksək gəlir gətirən filmi olaraq qalır.

Mənbə: The Hollywood Reporter

Bənzər yazılar

0.24203085899353